Erməni vəkillər polis rəisinin istefasını tələb edir

 23:37 06.07.2023     430

Erməni vəkilləri üç günlük tətil elan edib və Daxili İşlər Nazirliyi yanında polis rəisi Aram Hovhannisyanın istefasını tələb ediblər.

Redaktor.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Vəkillər Palatasının bəyanatında deyilir.

Vəkillər qeyd ediblər ki, fevral-iyun ayları ərzində polis bölmələrində vəkillərə qarşı bir neçə zorakılıq halları baş verib. Onlar bütün məsuliyyəti Ovannisyanın üzərinə qoyub, onun istefasını tələb ediblər.

Vəkillər iyulun 11, 12 və 13-də üç günlük etiraz aksiyası keçirəcəklər.

Yusif EYVAZLI