YUNESKO bu şəhərlə bağlı qərar verdi

 23:50 06.07.2023     335

“Lvov şəhərində baş verən partlayışlardan biri Ümumdünya İrs Siyahısına daxil olan ərazinin bufer zonasına düşüb”.

Redaktor.az “TASS”a istinadən xəbər verir ki, bu YUNESKO-nun yaydığı məlumatda qeyd  olunub.

“Bufer zonaları Ümumdünya İrs obyektləri üçün əlavə mühafizə təbəqəsidir və sərhədləri Ümumdünya İrs Komitəsi tərəfindən tanınır və təsdiqlənir. Ümumdünya İrs Konvensiyası ilə qorunan əraziyə hücum “bu Konvensiyanın, eləcə də Mühafizə üzrə 1954-cü il Haaqa Konvensiyasının pozulmasıdır”,-deyə məlumatda qeyd olunub.

Yusif EYVAZLI