Titan fəlakətindən sonra “OceanGate” bütün fəaliyyətini dayandırdı

 09:59 07.07.2023     270

“Titanik” gəmisinin qəzaya uğradığı yerə səfər zamanı partlayan və 5 nəfərin ölümünə səbəb olan “Titan” sualtı qayığının sahibi “OceanGate” bütün fəaliyyətini dayandırıb.

Redaktor.az “Haber Türk”ə istinadən xəbər verir ki, “OceanGate” rəsmi saytında bununla bağlı açıqlama yayıb.

Bildirilib ki, bütün ekspedisiyalar və kommersiya fəaliyyətlərini dayandırırlar.

Qeyd edək ki, iyunun 18-də Atlantik okeanında "Titanik" gəmisinin qalıqlarına turistik səfər təşkil edən "OceanGate" şirkətinə məxsus "Titan" sualtı qayığı partlayaraq batıb və 5 nəfər ölüb.

Humay İSGƏNDƏRLİ