Ağ Evə kokaini Baydenin oğlu keçirib?

 10:54 07.07.2023     353

Bukmeyker kontorları Ağ Evin ərazisində tapılan kokainin ABŞ Prezidenti Co Baydenin oğlu Hanter Baydenə aid olduğunu düşünür.

Redaktor.az xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb.

"Betonline"nin məlumatına görə, prezident Baydenin oğlu 170 bal əmsalı ilə qadağan olunmuş bir çantanın ən çox ehtimal olunan sahibləri siyahısında birinci yerdədir. Bu reytinqdə komik fərziyyələr də var, məsələn, kokainin aktrisa Ancelina Coliyə aid olması. "Sportsbetting" bukmeykerləri Ağ Evə narkotik keçirənin Hunter Bayden olduğuna da mərc edirlər. Kosta-Rikanın "Bovada" mərc saytı hesab edir ki, tozu böyük ehtimalla turistlər daşıyıb və Amerika prezidentinin oğlunu ikinci yerə qoyur.

Hunter Bayden narkotik və korrupsiya qalmaqalları ilə tanınır. 2023-cü il iyulun əvvəlində "New York Post" qəzeti vasitəsilə Amerika liderinin oğlunun hərəkətdə olan avtomobili idarə edərkən narkotikdən istifadə etdiyi şəxsi fotoşəkilləri ictimaiyyətə yayılıb.

Qeyd edək ki, CBS telekanalının məlumatına görə, Ağ Evin əməkdaşları və ziyarətçilərinin saxlanmaq üçün cib telefonlarını qoyub getdikləri anbar şkafında kokain olduğu güman edilən ağ toz tapılıb. Otaq Oval kabinetin, prezident administrasiyasının məsul şəxslərinin kabinetlərinin və aparatının da yerləşdiyi binanın qərb qanadında yerləşir. Hüquq-mühafizə orqanlarının nümayəndələri CBS-ə bildiriblər ki, ABŞ Məxfi Xidməti soyunma otağına kimin daxil olduğunu müəyyən etmək üçün hərtərəfli təhqiqat aparır, müşahidə kameralarının görüntülərinə və qeydlərə baxır.

ABC News-un ABŞ Məxfi Xidmətinin nümayəndəsinə istinadən verdiyi məlumata görə, ekspertiza ağ tozun kokain olduğunu təsdiqləyib.

Ağ Evin mətbuat katibi Karine Jean-Pierre, ABŞ Prezidenti Co Baydenin vəziyyətdən xəbərdar olduğunu və Məxfi Xidmətin araşdırma apardığını bildirib.

Turan İSMAYIL