Çexiya Ukraynaya döyüş helikopterləri verəcək

 12:16 07.07.2023     199

Çexiya Ukraynaya döyüş helikopterləri və hərbi sursat verəcək.

Redaktor.az xəbər verir ki, bu barədə Çex Respublikasının Baş naziri Petr Fiala Praqada səfərdə olan Ukrayna Prezidenti Vladimir Zelenski ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

Baş nazirin sözlərinə görə, onun ölkəsi Ukraynaya hücum helikopterləri və iri çaplı silahlar üçün sursat verəcək. O əlavə edib ki, Çexiya həmçinin F-16 təyyarələri üçün ukraynalı pilotların təlimində iştirak edəcək.