Rusiyada zavodda partlayış olub, 6 nəfər ölüb

 13:09 07.07.2023     227

Rusiyanın Samara vilayətində “Promsintez” zavodunda 6 nəfərin ölümü ilə nəticələnən partlayışın təfərrüatları məlum olub.

Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, partlayış zavodun istehsalat sexində boru kəmərində aparılan təmir işlərı zamanı baş verib.

Qeyd edək ki, “Promsintez” zavodunda partlayıcı maddələr - trotil, ammonal və digər tez alışan maddələr istehsal olunur.