Kreml Zelenski və Ərdoğan arasında danışıqların nəticəsini yaxından izləyəcək - Peskov

 14:27 07.07.2023     300

Rusiya hakimiyyəti Ukrayna və Türkiyə liderləri Vladimir Zelenski və Rəcəb Tayyib Ərdoğan arasında danışıqların nəticələrini diqqətlə izləyəcək.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.

"Əlbəttə, danışıqların nəticələrini çox yaxından izləyəcəyik. Əlbəttə ki, cənab Ərdoğanla Zelenski arasında nələrin müzakirə olunacağını bilmək bizə maraqlı olacaq. Bu vacibdir".

Peskov Moskvanın Ankara ilə konstruktiv və tərəfdaşlıq münasibətləri saxladığına, onları əziz tutduğuna və Türkiyə tərəfdən qarşılıqlı münasibət hiss etdiyinə diqqət çəkib. Kremlin sözçüsü xatırladıb ki, Ərdoğan dəfələrlə “Ukrayna münaqişəsi kontekstində müxtəlif problemlərin həlli üçün böyük səylər göstərib, vasitəçilik rolunu oynayıb”. "Və bu, prezidentimiz tərəfindən yüksək qiymətləndirilir", - Rusiya liderinin mətbuat katibi əlavə edib.

Ukrayna və Türkiyə prezidentləri arasında danışıqlar cümə günü İstanbulda keçiriləcək. Gözlənildiyi kimi, əsas mövzular Ukrayna böhranının həlli perspektivləri və iyulun 17-də başa çatacaq taxıl müqaviləsinin uzadılması olacaq.

Turan İSMAYIL