NATO Ukraynaya təcili 500 milyon avro yardım paketi hazırlayır - Baş katib
NATO Ukraynaya 500 milyon avroluq təcili yardım paketi hazırlayır.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq iyulun 11-12-də Vilnüsdə keçiriləcək NATO sammiti ərəfəsində Brüsseldə mətbuat konfransında deyib.
“NATO ölkələri Ukraynaya yanacaq, ehtiyat hissələri, tibbi ləvazimatlar daxil olmaqla, 500 milyon avro dəyərində yeni təcili yardım paketi hazırlayır", - deyə o, bəyan edib.
Turan İSMAYIL