"Bəzi ölkələr Rusiya üçün çətinlik yaratmağa çalışır" - Putin TŞ-ni təcili TOPLADI

 16:31 07.07.2023     327

"Rusiya bəzi dövlətlərin onun üçün yaratmağa çalışdığı çətinliklərin öhdəsindən gələcək".

Redaktor.az Kremlin.ru-ya istinadla xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə operativ müşavirədə bildirib.

"Bu gün biz bəzi ölkələrin Rusiya ilə bağlı yaratdığı çətinlikləri aradan qaldırmaq üçün gördüyümüz və görməli olduğumuz tədbirləri müzakirə edəcəyik. İndiyədək onlar Rusiya istiqamətində qarşıya qoyduğu məqsədlərə nail ola bilməyiblər. Əminəm ki, işləməyəcək", - deyə Rusiya lideri bəyan edib.

Turan İSMAYIL