"Terrorçuları alqışlayanların NATO-ya üzvlüyünü təsdiq edə bilmərik" - Ərdoğan
Türkiyə terrorçuları dəstəklədiyi üçün İsveçin NATO-ya daxil olmasına hələ də razılıq verə bilmir.
Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda çıxışı zamanı deyib.
"Biz NATO-nun açıq qapı siyasətini dəstəklədik. Finlandiyanın üzvlüyünü təsdiqlədik. Amma terrorçuları alqışlayanları təsdiq edə bilmərik. İsveçin öz öhdəliklərini yerinə yetirməsini gözləyirik" - dövlət başçısı bəyan edib.
Ərdoğan NATO-nun Vilnüsdə keçirilən sammitində İsveçin alyansa daxil olması ilə bağlı problemləri tərəfdaşlarla müzakirə etmək niyyətini açıqlayıb.
Turan İSMAYIL