Ukrayna və Slovakiya "Zuzana 2" haubitsalarını birgə istehsal edəcək

 17:41 07.07.2023     257

Ukrayna və Slovakiya 155 millimetrlik "Zuzana 2" haubitsalarının birgə istehsalına dair müqavilə imzalayıblar.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

O, slovakiyalı həmkarı Zuzana Çaputova ilə keçirdiyi mətbuat konfransında deyib: "16 ədəd "Zuzana 2" özüyeriyən haubitsasının istehsalı üçün müqavilə imzalanıb. Təbii ki, biz silah və mərmilərin birgə istehsalı üçün də çalışırıq. Bu, çox vacibdir". 

"Zuzana 2" 155 mm-lik özüyeriyən artilleriya qurğusudur. O, Slovakiyada istehsal olunur.

Turan İSMAYIL