NATO bizə konkret vaxtını deməlidir – Ukrayna

 20:43 07.07.2023     203

NATO üzvü olan ölkələr Ukraynanı alyansa dəvət etməyə nə vaxt hazır olacaqları ilə bağlı dəqiq vaxtı müəyyən etməlidirlər.

Redaktor.az xəbər verir ki, bu sözləri Ukraynanın xarici işlər naziri Dmitri Kuleba deyib.

“Əgər NATO liderləri Vilnüsdə dəvəti elan etməyə hələ hazır deyillərsə, onlar nə vaxt hazır olacaqlarını açıq şəkildə göstərməlidirlər. Üzvlüyün formal tələbləri var, lakin dəvət yoxdur. Tələb olunan tək şey strateji uzaqgörənlik və siyasi iradədir”, – Kuleba bildirib.