Konqres Ağ Evdə kokain tapılmasına münasibət bildirdi
ABŞ Konqresinin Nəzarət Komitəsi Ağ Evdə kokainin tapılmasını “qəbuledilməz və biabırçı” hesab edir.
Redaktor.az-ın xəbərinə görə, bu barədə Nümayəndələr Palatasının üzvü Ceyms Komer bildirib.
"Komitə məxfi xidmətdən əlavə məlumat əldə etmək imkanına malik olmasını tələb edir", - məlumatda deyilir.
Qeyd edək ki, bir müddət əvvəl ekspertiza Ağ Evdə tapılan tozda kokain aşkar edib. Toz ABŞ prezidentinin iqamətgahının ziyarətçiləri və əməkdaşlarının ofis otaqlarına girməzdən əvvəl şəxsi əşyalarını qoyub keçdiyi qərb qanadının ümumi sahəsində aşkar edilib.