Ermənistan Müdafiə Nazirliyinin əməkdaşı rüşvət üstündə SAXLANILDI
Ermənistan İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsi cinayətkar dəstəni saxlayıb.
Redaktor.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, Müdafiə Nazirliyinin müvafiq idarəsinin işə qəbul şöbələrindən birinin əməkdaşı V.M. özəl klinikanın direktoru ilə əlbir olaraq çağırışçıların tibbi arayışlarını saxtalaşdırıb.
Belə ki, klinikanın xəstələrindən birinə əvvəllər "kist" diaqnozu qoyulub. Tibb mərkəzinin rəhbərliyi onunla razılaşıb ki, işə qəbul olunanların əvəzinə bütün lazımı müayinələrdən keçəcək və nəticələri onlara aid edəcək.
Prosesi təşkil etmək üçün V.M. hər bir çağırışçıdan 25 000 ABŞ dolları götürüb, cəmi 75 000 ABŞ dolları alıb. Pulun az bir hissəsini klinikanın direktoruna verib.
Faktla bağlı cinayət işi açılıb.
Yusif EYVAZLI