"Ukraynanın əks-hücumu gözləniləndən daha yavaşdır" - Pentaqon rəsmisi

 23:37 07.07.2023     297

Ukrayna ABŞ-ın gözlədiyindən daha yavaş əks-hücuma keçir.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu bu gün keçirdiyi brifinqdə ABŞ müdafiə nazirinin siyasi məsələlər üzrə müavini Kolin Koul deyib.

"İrəliləyiş gözləniləndən daha yavaşdır. Amma bunun necə bitəcəyini mühakimə etmək hələ tezdir, çünki biz hələ onun orta mərhələsinin başlanğıcındayıq. Ukraynalılar hələ də Rusiyanın mövqelərini kəşf edir, zəif tərəflər axtarırlar. Əsl metrik onların zəif tərəflərini tapdıqdan sonra onlardan nə qədər tez istifadə edə biləcəkləri olacaq”, - o, əlavə edib.

Turan İSMAYIL