"Ukrayna NATO üzvlüyünə layiqdir" - Ərdoğan

 08:50 08.07.2023     491

“Ukrayna NATO üzvlüyünə layiqdir”.

Redaktor.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Ukrayna Prezidenti Volodimir Zelenski ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

“Sülh axtarışına qayıtmaq bizim ən səmimi arzumuzdur. Biz Ukraynanın dirçəlişi üçün lazımi dəstəyi verəcəyik və danışıqlar əsasında müharibəni bitirmək üçün səylərimizi davam etdirəcəyik”,- deyə o bildirib.

Onun sözlərinə görə, Türkiyə müharibənin beynəlxalq hüquq əsasında sona çatması üçün ən çox səy göstərən ölkədir:

“Biz Ukrayna ilə də münasibətimizi əməldə nümayiş etdirmişik. Ümid edirik ki, ötən il İstanbulda imzalanan və iyulun 17-də vaxtı başa çatacaq “Taxıl sazişi”nin müddəti uzadılacaq. Baş verənlərə baxmayaraq, Türkiyə ilə Ukrayna arasında dostluq hər mənada güclənib. Ukrayna xalqı öz ölkəsinin ərazi bütövlüyünü və müstəqilliyini müdafiə edir”.