Putin Türkiyəyə səfər edəcək

 09:00 08.07.2023     408

Rusiya Prezidenti Vladimir Putin gələn ay Türkiyəyə səfər edəcək.

Redaktor.az xəbər verir ki, bu haqda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Ukrayna lideri Volodimir Zelenski ilə birgə keçirdiyi mətbuat konfransında danışıb.

“Əsir mübadiləsi ilə bağlı Ukrayna tərəfdən cənab prezidenti dinlədik. Biz Rusiya tərəfi ilə də danışıqlar aparırıq. Gələn ay cənab Putin də Türkiyəyə səfər edəcək. Bu məsələni yenidən üzbəüz müzakirə etmək imkanımız olacaq” - o, deyib.