Münaqişə zamanı Ukraynada ölən dinc sakin sayı açıqlandı

 09:08 08.07.2023     418

2022-ci il fevralın 24-dən 2023-cü il iyunun 30-dək Ukraynada 9177 dinc sakin həlak olub, 15993 nəfər yaralanıb.

Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı məlumat yayıb.

Bildirilib ki, Ukraynadakı münaqişə zamanı 1630 uşaq qurbanı qeydə alınıb. Onlardan 535 nəfər ölüb, 1095 nəfər yaralanıb.

Uşaqlar arasında ölənlərin sayının 57,2 faizini oğlanlar, 42,8 faizini isə qızlar təşkil edib.

Ümumiyyətlə, həlak olan dinc sakinlərin 61 faizi kişi, 39 faizi qadın olub.