Zelenski İlan adasına getdi - FOTO

 11:18 08.07.2023     251

Ukrayna Prezidenti Vladimir Zelenski İlan adasına gedib.

Redaktor.az xəbər verir ki, bu barədə Prezident Zelenski tviter hesabında bildirib.

"Bu gün biz Zmiynıda (İlan adası - red.), bütün Ukrayna kimi heç vaxt işğalçı tərəfindən fəth edilməyəcək Zmiynımızdayıq. Çünki biz cəsurlar ölkəsiyik. Bu gün biz ukraynalı qəhrəmanlarımızı, bu ada uğrunda döyüşən, onu azad edən bütün əsgərləri hörmətlə anırıq. Bu, Qara dənizimizin ortasında kiçik bir torpaq parçası olsa da, Ukraynanın öz ərazisinin hər bir hissəsini geri alacağına böyük sübutdur!"

Zelenski bildirib ki, artıq Rusiyanın hücumundan 500 gün keçir: “Bu yerdən, qələbə yerindən hər bir əsgərimizə təşəkkür etmək istəyirəm. Silahlı Qüvvələrimizə, kəşfiyyatımıza, sərhədçilərimizə, Milli Qvardiyamıza, SBU-ya, milli polisimizə, siqnalçılarımıza, xalqımıza, Ukrayna uğrunda döyüşən hər kəsə təşəkkür edirəm. Biz mütləq qalib gələcəyik”.

Xatırladaq ki, Qara dənizdə yerləşən Ukraynaya məxsus İlan adası Rusiyanın Ukraynaya hücumun ilk günlərində tutulmuşdu.

2022-ci ilin iyun ayında isə ada Ukrayna qüvvələri tərəfindən azad olunub.