Fransada gün ərzində 30-a yaxın etiraz aksiyası planlaşdırılıb

 13:21 08.07.2023     247

Nanter prefektində qətlə yetirilən 17 yaşlı əlcəzairli gəncin xatirəsinə iyulun 8-i Fransa ərazisində 30-a yaxın nümayişin keçirilməsi planlaşdırılır.

Redaktor.az yerli mətbuata istinadən xəbər verir ki, onlarla ittifaq, assosiasiya, kollektiv vətəndaşları aksiyalara dəstək olmağa çağırıb.

Bundan əlavə, şəhərətrafı ərazilərdə yaşayan əhaliyə qarşı ayrı-seçkilik siyasətini pisləyən təşkilatlar və “solçu” siyasi partiyalar bütün Fransa ərazisində yürüşlər keçirməyə çağırış ediblər.

Xatırladaq ki, Fransada etiraz aksiyaları iyunun 27-də hüquq-mühafizə orqanları əməkdaşlarının Nanter prefektində 17 yaşlı əlcəzairlini güllələyərək qətlə yetirməsindən sonra başlayıb.