Parisdə 300 kq-a yaxın pirotexniki vasitə ələ keçirildi

 15:17 08.07.2023     321

Fransanın paytaxtında hüquq-mühafizə orqanlarının əməkdaşları 300 kq-a yaxın pirotexniki vasitəni müsadirə ediblər.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə şənbə günü Parisin polis prefekturasından məlumat verilib.

"Dünən səhər saatlarında Obervildə pirotexniki vasitələrin satışına nəzarət məqsədilə keçirilən əməliyyat zamanı polis əməkdaşları gömrükçülərin köməkliyi ilə 286 kq pirotexniki vasitə, ümumilikdə 66 karton qutu müsadirə edib", - prefekturanın "Twitter" səhifəsində deyilir.

Bu, Fransa hüquq-mühafizə orqanlarının yaydığı analoji xəbərlər arasında pirotexniki vasitələrin müsadirə edilməsi ilə bağlı yalnız bir hadisədir. Cümə günü Renn kommunası (Brittani bölgəsi, ölkənin şimal-qərbi) yaxınlığında yük maşınının dayanmasından sonra 2,7 ton pirotexniki məmulatın müsadirə olunması barədə məlumat yayılıb. Cümə axşamı, İle-de-Fransa metropoliteni də bir neçə reyd zamanı 1,5 ton pirotexniki vasitənin ələ keçirildiyini bildirib.

Bundan əvvəl Fransanın daxili işlər naziri Cerald Darmanin ölkədə qaçaqmalçılıq və pirotexniki vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizəyə diqqətin artırılmasını tələb edib. Buna səbəb ölkə ərazisində bir neçə gün davam edən qırğınların iştirakçılarının pirotexniki vasitələrdən fəal istifadə etməsidir. Anbarların daha tez-tez yoxlanılması ilə yanaşı, Belçika və pirotexniki vasitələrin alınması qaydalarının Fransadan daha az sərt olduğu digər ölkələrlə sərhədlərdə də nəzarət gücləndirilib.

Turan İSMAYIL