İranda polis məntəqəsinə hücum - ölən var

 15:35 08.07.2023     315

İranın cənub-şərqində yerləşən Sistan və Bəlucistan əyalətində naməlum şəxslər polis məntəqəsinə hücum ediblər.

Redaktor.az İran mediasına istinadla xəbər verir ki, hücum nəticəsində azı bir polis əməkdaşı həlak olub. İnsidentin yerli vaxtla saat 7:15-də (Bakı vaxtı ilə 7:45) əyalətin administrativ mərkəzi olan Zahedan şəhərində baş verdiyi bildirilir.

Şəhər prokurorluğunun məlumatına görə, əvvəlcə polis məntəqəsi yaxınlığında partlayış törədilib, bundan sonra bir neçə naməlum şəxs binaya daxil olaraq atəş açmağa başlayıb.