ATƏT sədri Ermənistan XİN başçısı ilə görüşdü

 19:27 08.07.2023     269

ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla görüşüb.

Redaktor.az xəbər verir ki, bu barədə Buyar Osmani "Twitter"də bildirib.

Onun sözlərinə görə, görüşdə Qafqaz regionunda stabillik və təhlükəsizliklə bağlı son vəziyyət barədə fikir mübadiləsi aparılıb.