İran Prezidenti Afrikaya gedir

 20:37 08.07.2023     254

İran Prezidenti İbrahim Rəisi gələn həftə Afrikaya səfər edəcək.

Redaktor.az xəbər verir ki, bu barədə "Irna" agentliyi məlumat yayıb.

O, Keniya, Uqanda və Zimbabvedə olacaq. Səfər çərşənbə axşamı günü başlayacaq.

Yüksək səviyyəli rəsmiləri arasında ikitərəfli görüşlər, əməkdaşlıq sazişlərinin imzalanması və birgə mətbuat konfransları nəzərdə tutulub.