Hakan Fidan kanadalı həmkarı ilə NATO-nu müzakirə etdi
Türkiyənin xarici işlər naziri Hakan Fidan kanadalı həmkarı Melani Coli ilə telefon danışığı aparıb.
Redaktor.az xəbər verir ki, bu barədə Nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Coli Hakan Fidanı yeni vəzifəsi münasibətilə təbrik edib.
Telefon danışığı zamanı NATO-nun genişlənməsi və ikitərəfli əlaqələr müzakirə edilib.