İsraildə məhkəmə islahatına etiraz olaraq aksiya keçirilir

 00:22 09.07.2023     301

İsraildə 27-ci şənbədir ki, məhkəmə islahatlarına qarşı kütləvi həftəlik etiraz aksiyaları keçirilir.

Redaktor.az xəbər verir ki, bu barədə "The Times of Israel" məlumat yayıb.

Əsas mitinq başa çatdıqdan sonra onlarla nümayişçi şəhərin şərq hissəsində Ayalon şossesini bağlayıblar.

Təl-Əvivdə keçirilən nümayiş zamanı iştirakçılar demokratiya lehinə şüarlar səsləndirib, İsrail bayraqlarını dalğalandırıblar.

Hakimiyyətdən məhkəmə islahatlarına son qoymağı tələb ediblər.

Təşkilatçıların məlumatına görə, şəhərdə keçirilən etiraz aksiyasında 180 minə yaxın insan iştirak edib.

Baş nazir Binyamin Netanyahunun rəhbərlik etdiyi İsrailin hazırkı hökuməti 2022-ci ilin sonunda formalaşıb.

Nazirlər Kabineti yanvarda Ali Məhkəmənin səlahiyyətlərinin məhdudlaşdırılmasını və hakimlərin seçiminə nəzarətin icra hakimiyyətinə verilməsini verilməsi barədə layihə təqdim edib.

Bu layihə dərhal liberal müxalifətin kütləvi etirazına səbəb oldu.

İslahatın əleyhdarlarının fikrincə, bu, İsrail dövlətçiliyinin demokratik əsaslarını sarsıdacaq.