“Azov” komandirləri cəbhəyə QAYIDIR

 10:35 09.07.2023     240

"Azov" alayının komandirləri cəbhəyə qayıtmaq fikrindədirlər.

Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə hərbi birləşmənin komandirlərindən biri Denis Prokopenko Lvovda jurnalistlərə açıqlamasında bildirib.

“Biz hələ döyüşdə öz sözümüzü deyəcəyik”, - komandir deyib.

Döyüş əməliyyatları ilə bağlı suala isə Prokopenko belə cavab verib: “Biz elə ona görə qayıtmışıq”.

Ukrayna Prezidenti Volodimir Zelenski “azov”çuların qayıdışı ilə bağlı təfərrüat verməkdən yayınaraq: “Elə şeylər var ki, təfərrüatlar gələcək nəticələrə mane olur”, - deyə bildirib.

Qeyd edək ki, Volodimir Zelenski Ankaraya səfər edib Prezident Rəcəb Tayyib Ərdoğanla görüşdükdən sonra “Azov” komandirləri Türkiyədən Ukraynaya qaytarılıb. Kremlin sözçüsü Dmitri Peskov bunun razılaşmalara zidd olaraq edildiyini bildirsə də, nə Ukrayna, nə də Türkiyə tərəfi onun bu açıqlamasına münasibət bildirib.