Zelenski Belarusla sərhəddə vəziyyətə dair iclas keçirdi

 15:46 09.07.2023     265

Ukrayna Prezidenti Volodimir Zelenski Lutsk şəhərinin Lyubart qəsrində Volında təhlükəsizlik və sosial vəziyyətlə bağlı koordinasiya iclası keçirib.

Redaktor.az Ukrayna Prezidenti Ofisinə istinadla xəbər verir ki, iclasda Belarusla sərhəddə vəziyyət müzakirə olunub.

İclasda Ukraynanın müdafiə və təhlükəsizlik qüvvələrinə sərhədin bütün şimal bölgəsində güclənməsi tapşırığı verilib. Görüş zamanı, həmçinin Volın vilayətində kriminogen və əməliyyat vəziyyəti müzakirə olunub.

Dövlət Sərhəd Xidmətinin rəisi Sergey Deyneko Ukrayna-Belarus dövlət sərhədinin Volın vilayətində mühafizənin gücləndirilməsi tədbirləri haqqında məlumat verib.