Özbəkistanda seçki başa çatdı

 20:02 09.07.2023     251

Özbəkistanda növbədənkənar prezident seçkilərində səsvermə başa çatıb.

Redaktor.az xəbər verir ki, bu barədə Özbəkistan Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Yerli vaxtla saat 20.00-a ölkə ərazisindəki bütün seçki məntəqələri bağlanıb.

ABŞ istisna ilə, Özbəkistanın xaricdəki diplomatik nümayəndəliklərində açılan seçki məntəqələri də bağlanıb.

Qeyd edək ki, saat 17.00-a seçici fəallığı 69,85 faiz olub.