Ərdoğan Baydenlə NATO-nu müzakirə etdi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Co Bayden ilə telefon danışığı aparıb.
Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Telefon danışığı zamanı Ukraynanın NATO-dakı mövqeyi, İsveçin NATO-ya üzvlüyü, F-16-ların təhvil verilməsi və Türkiyənin Avropa Birliyinə (AB) tam üzvlük prosesi müzakirə edilib.