Türkiyə ordusu 2 şəhid VERDİ

 22:43 09.07.2023     332

Türkiyənin iki əsgəri İraqın şimalında “Pençe-Şimşek” əməliyyatı zonasında həlak olub.

Bu barədə Redaktor.az Türkiyənin Milli Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Qeyd edilib ki, terrorçuların açdığı atəşi nəticəsində əsgərlər Həsən Taş və Furkan Günergök ağır yaralanıb.

Hər iki əsgər dərhal xəstəxanaya çatdırılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq onların həyatını xilas etmək mümkün olmayıb.