Kanar adaları yaxınlığında 300 nəfər itkin düşdü
Seneqaldan İspaniyaya məxsus Kanar adalarına gedən və içərisində 300 nəfərin olduğu üç qayıq Atlantik okeanının sularında itib.
Redaktor.az xəbər verir ki, bu barədə “Reuters“ə “Caminando Fronteras” qeyri-hökumət təşkilatının nümayəndəsi məlumat verib.
Onun sözlərinə görə, birində təxminən 65 nəfər, digərində isə 50-60 nəfər olan iki qayıq 15 gün əvvəl yoxa çıxıb.
Üçüncü gəmi 27 iyunda göyərtəsində təxminən 200 nəfərlə Seneqaldan ayrıldı və o vaxtdan bəri heç bir xəbər yoxdur.