Meksikada sürücülərə qumbaraatanla hücum edildi, ölənlər var

 23:34 09.07.2023     266

Meksikanın Querrero ştatında taksi və mikroavtobus sürücüləri silahlı hücuma məruz qalıb.

Redaktor.az xarici mətbuata istinadən xəbər verir ki, bir neçə şəhərdə, xüsusilə Çilpansinqoda taksi və mikroavtobuslara silah, qumbaraatan və “molotov kokteyli” ilə eyni vaxtda hücumlar həyata keçirilib.

Hücumlar zamanı 3 sürücü silahlardan açılan atəş, 2 sürücü isə avtomobillərin yandırılması nəticəsində ölüb.

Çilpansinqoda təhlükəsizlik məqsədilə ictimai nəqliyyat xidmətləri dayandırılıb. Hadisə ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.