Türkiyə və İsveç liderləri krallığın NATO-ya qəbulu ilə bağlı görüş keçirəcək
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İsveçin Baş naziri Ulf Kristersson arasında danışıqlar NATO sammitinin başlamasına bir gündən az vaxt qalmış Vilnüsdə sabah keçiriləcək. Onların İsveçin alyansa qəbulu ilə bağlı Türkiyənin vetosunun aradan qaldırılması istiqamətində ən azı məhdud irəliləyiş əldə etmək üçün son cəhd olacağı gözlənilir.
Redaktor.az xəbər verir ki, bu görüşü iyulun 7-də NATO-nun baş katibi Yens Stoltenberq elan edib. Eyni zamanda o, iyulun 11-12-də Vilnüsdə keçiriləcək sammitdə İsveçin “heç bir halda alyansa qəbul edilməyəcəyini” bildirib. Ankara vetosunu ləğv etsə belə, bu qərar hələ ratifikasiya olunmayıb və buna vaxt yoxdur.
“Mümkün olan və əldə etmək istədiyimiz sammitdə Türkiyənin ratifikasiyaya razı olacağı müsbət qərardır”, - Stoltenberq bildirib.
İyulun 6-da Stoltenberqin vasitəçiliyi ilə Brüsseldə Türkiyə, İsveç və Finlandiyanın xarici işlər nazirləri, kəşfiyyat qurumları və təhlükəsizlik xidmətləri rəhbərlərinin görüşü keçirilib və praktiki nəticəsiz başa çatıb.
Turan İSMAYIL