Bu arıqlama peyvəndləri intihara səbəb olur? - Yoxlama başladı
Avropa Dərman Agentliyi bir neçə arıqlama peyvəndlərini intihar düşüncələrinə səbəb olmaq şübhəsi ilə yoxlamağa başlayıb.
Redaktor.az “BBC Türkçe”yə istinadən xəbər verir ki, istintaq İslandiyanın agentliyə üç belə hal barədə məlumat verməsindən sonra başlayıb.
Yoxlanılan “Wegovy”, “Saxenda” və “Ozempic” də iştahı azaldan, intihar şübhəsi yarardan peyvəndlər kimi çıxış edir.
Bu dərmanları yoxlayan zaman Avropa Dərman Agentliyinin müvafiq bölməsi də oxşar peyvəndlərin müayinə olunub-olunmamasını müzakirə edəcək.
Qeyd edilib ki, məşhurların sosial şəbəkələrdəki paylaşımları bu cür peyvəndlərə böyük tələbat yaradır.
Humay İSGƏNDƏRLİ