Yaponiyada güclü yağışlar ölümə səbəb oldu

 10:21 10.07.2023     289

Yaponiyanın cənub-qərb əyalətlərində güclü yağışlardan sonra on minlərlə insan təxliyə edilib, 1 nəfər ölüb.

Redaktor.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Yaponiya Meteorologiya Agentliyi ölkənin cənub-qərb əyalətlərində yerli leysanların rekord həddə çatmasından sonra vətəndaşların təxliyyəsini artırıb.

Dövlət televizyasının yaydığı məlumata görə, Fukuoka əyalətində itkin düşmüş 3 nəfərin axtarışları davam edir, 1 nəfərin meyidi isə tapılıb.

Humay İSGƏNDƏRLİ