Rusiya Ukraynada yaşayış məntəqəsini bombaladı - Ölən və yaralananlar var

 10:21 10.07.2023     272

Rusiya ordusunun Ukraynanın Zaporojye vilayətinin Orexova şəhərini bombalaması nəticəsində 4 mülki şəxs ölüb, 11 nəfər yaralanıb.

Redaktor.az xəbər verir ki, məlumatı “Ukrtaina seyças” yayıb.

Ölənlər 42,43, 47 yaşlarında 3 qadın və 47 yaşlı kişidir. Yaralılar hospitala yerləşdirilib.

Məlumata görə, Rusiya ordusu Zaporojye vilayətinin 10 yaşayış məntəqəsinə 36 zərbə endirib.