Bu ölkədə uşaq bağçasına bıçaqla hücum oldu - 6 ölü var

 12:15 10.07.2023     231

Çinin cənub-şərqindəki Quanqdonq əyalətində uşaq bağçasına bıçaqlı hücum olub.

Redaktor.az “Anadolu” agentliyinə isitinadən xəbər verir ki, bağçaya bıçaqlı hücum nəticəsində 3-ü uşaq olmaqla 6 nəfər ölüb.

Hücum nəticəsində 1 nəfər isə yaralanıb.

Polis hadisə törədən 25 yaşlı şəxsin tutulduğunu və hadisənin araşdırıldığını bildirib.

Humay İSGƏNDƏRLİ