NATO Ukraynanın "Üzvlük üzrə Fəaliyyət Planı"nı aradan qaldırır
NATO Ukraynanın "Üzvlük üzrə Fəaliyyət Planı"nı (Membership Action Plan - MAP) aradan qaldırır.
Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna xarici işlər naziri Dmitri Kuleba "Twitter"də bildirib.
"İntensiv danışıqlardan sonra NATO müttəfiqləri MAP-ın Ukraynanın üzvlük yolundan çıxarılması ilə bağlı konsensus əldə ediblər. NATO-ya gedən yolumuzu qısaldacaq çoxdan gözlənilən bu qərarı alqışlayıram. Bu həm də Ukraynaya üzv olmaqla bağlı dəvətə aydınlıq gətirmək üçün ən yaxşı məqamdır", - Kuleba bildirib.
Qeyd edək ki, MAP NATO-nun Alyansa qoşulmaq istəyən ölkələrin fərdi ehtiyaclarına uyğunlaşdırılmış məsləhət, yardım və praktiki dəstək proqramıdır. MAP-da iştirak gələcək üzvlüklə bağlı Alyansın hər hansı qərarını şərtləndirmir.