Ərdoğan Putinin Türkiyəyə səfər edəcəyini təsdiqlədi

 14:03 10.07.2023     263

“Rusiyalı həmkarım Vladimir Putinin gələn ay Türkiyəyə səfəri gözlənilir”.

Redaktor.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Litvada keçiriləcək NATO sammitinə yola düşməzdən əvvəl hava limanında jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, görüşdə “Taxıl sazişi” müzakirə olunacaq: “Ukrayna öhdəlikərini yerinə yetirməyə hazır olduğunu bildirib. Əminəm ki, Putin də eyni mövqeyi nümayiş etdirəcək”.