Bayden Rişi Sunakla İranı müzakirə etdi

 16:39 10.07.2023     278

ABŞ Prezidenti Co Bayden Böyük Britaniya Baş naziri Rişi Sunakla görüşüb.

Redaktor.az xəbər verir ki, liderlər Ukraynadakı müharibəni müzakirə ediblər. C.Bayden və Sunak keçən ay Böyük Britaniya və ABŞ arasında iqtisadi tərəfdaşlıq üçün ilk olan Atlantik Bəyannaməsini elan etdikdən sonra əldə edilən irəliləyiş barədə fikir mübadiləsi aparıblar.

Baş nazir və prezident Bayden, Atlantik Bəyannaməsi çərçivəsində irəliləyişə nail olmaq üçün oktyabrda “Douning Street” və Ağ Ev nümayəndələri arasında ilk yüksək səviyyəli görüşün keçirilməsinə razılıq veriblər.

Liderlər iki ölkə arasında ittifaqı gücləndirmək və Ukraynaya dəstəyi davam etdirmək zərurəti barədə razılığa gəliblər. Onlar əks-hücum əməliyyatının gedişatını müzakirə ediblər və ölkənin beynəlxalq tərəfdaşlarının Ukraynanın bu müharibədə qalib gəlməsi və ədalətli və davamlı sülhü təmin etməsi üçün lazım olan dəstəyi təmin edərək, onun uzunmüddətli müdafiəsinə sadiq qalmasının vacibliyini vurğulayıblar.