Olaf Şolz Ankaranın İsveçin NATO-ya üzvlüyünə razılıq verməməsindən danışdı

 17:13 10.07.2023     311

Stokholmun NATO-ya üzvlüyünə Ankaranın razılıq verməsi məsələsi Türkiyənin Avropaya inteqrasiyası ilə əlaqələndirilməməlidir.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolz Berlində Avstraliyanın Baş naziri Entoni Albanese ilə birgə mətbuat konfransında bildirib.

Kansler qeyd edib ki, o, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İsveçin müraciətinin təsdiqi ilə bağlı qərarın yaxın vaxtlarda verilə biləcəyi ilə bağlı açıqlamalarını “müsbət siqnal” kimi qiymətləndirir. “Başqa bir məsələ (Türkiyənin Avropaya inteqrasiyası – red.) bununla bağlı deyil və fikrimcə, bu, bir-biri ilə əlaqəli mövzu kimi başa düşülməməlidir”, - Şolz qeyd edib.

O xatırladıb ki, bundan əvvəl Avropa İttifaqı ölkələrinin liderləri Avropa Komissiyasından Avropa İttifaqı ilə Türkiyə arasında münasibətlərin vəziyyəti və onların yaxşılaşdırılması istiqamətində atılan addımlar barədə məruzə ilə çıxış etməyi xahiş ediblər.

Turan İSMAYIL