Pakistanda musson yağışları nəticəsində ölənlərin sayı daha da artdı

 18:03 10.07.2023     408

Pakistanda iyunun 25-dən bəri davam edən musson yağışları nəticəsində həyatını itirənlərin sayı artır.

Redaktor.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Pakistanda musson yağışlarının yaratdığı fəlakət və qəzalarda ölənlərin sayı 80-ə, yaralıların sayı isə 142-yə yüksəlib.

Qeyd edək ki, ötən il Pakistanda musson yağışlarının səbəb olduğu daşqınlar nəticəsində 1739 nəfər həlak olub. Daşqın fəlakətinin ölkəyə vurduğu zərər isə 30 milyard dollardan çox idi.

Humay İSGƏNDƏRLİ

Vumart və Güvən reklamı Vumart Güvən