Lukaşenko 21 ölkədən olan şəxslərə Belarus vətəndaşlığı verdi

 18:15 10.07.2023     361

Belarus Prezidenti Aleksandr Lukaşenko 21 ölkədən 409 nəfərin respublika vətəndaşlığına qəbul edilməsi haqqında fərman imzalayıb.

Redaktor.az "BelTa"ya istinadla xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

"Sənədin imzalanmasından əvvəl Belarus Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri üzrə Komissiyanın Minsk şəhər meriyasında iclası keçirilib. 46-sı yetkinlik yaşına çatmayanlar daxil olmaqla 409 nəfərə vətəndaşlıq verilməsi üçün müraciət edilib. Belarus vətəndaşlığını qəbul edənlər arasında 21 ölkədən olanlar var”, - məlumatda deyilir.

Turan İSMAYIL