Bu ölkələr öz hava məkanlarını NATO üçün açacaqlar

 18:39 10.07.2023     351

Latviya, Litva və Estoniyanın hava məkanı Şimali Atlantika Alyansındakı müttəfiqlərin hərbi fəaliyyətləri üçün tamamilə açıq olacaq. Baltikyanı ölkələrin müdafiə nazirləri bu məzmunlu bəyanatı iyulun 11-də Vilnüsdə başlayacaq NATO sammiti çərçivəsində imzalamaq niyyətindədirlər.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu Litvanın hərbi idarəsi bu gün bildirib.

“Sənəddə qeyd olunur ki, müttəfiqlərə Baltikyanı ölkələrin hava məkanından çəkindirmə tədbirləri, gücləndirilmiş nəzarət və genişmiqyaslı təlimlər üçün məhdudiyyətsiz istifadə etmək imkanı verilir”, - deyə məlumatda bildirilir.

Bunun üçün öz təyyarələri olmayan Baltikyanı ölkələrin səmasında nəzarəti onların NATO müttəfiqləri həyata keçirir.

Turan İSMAYIL