Yaponiyanın baş naziri Zelenski ilə görüşəcək

 18:59 10.07.2023     312

Yaponiyanın Baş naziri Fumio Kişida ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüş planlaşdırılıb.

Redaktor.az RBC-Ukrayna-ya istinadla xəbər verir ki, görüş iyulun 12-də NATO-nun sammiti çərçivəsində keçiriləcək.

Zelenski ilə danışıqlar zamanı Kisidanın Ukraynanın infrastrukturunun və iqtisadiyyatının yenidən qurulmasında dəstəyi artırmağa hazır olduğunu ifadə edəcəyi gözlənilir.

Bu, prezident Zelenskinin may ayında Xirosimada keçirilən G7 sammitində sürpriz çıxışından sonra iki lider arasında ilk görüş olacaq. İyun ayında Kişida Zelenski ilə telefon danışığı aparıb.

Turan İSMAYIL