Polşa NATO-da buna görə birincidir - Prezident açıqladı
Polşa müdafiə üçün vəsait ayırmaq baxımından lider NATO ölkəsinə çevrilib.
Redaktor.az "İntefax"a istinadla xəbər verir ki, bunu Polşa Prezidenti Andjey Duda bildirib.
"Bu ilin müdafiə büdcəsi bizim ÜDM-in demək olar ki, 3,9%-ni təşkil edir. Deməli, müdafiə vəsaitləri baxımından biz alyansın lideriyik", - o, deyib.
Xatırladaq ki, 2014-cü ildə NATO müttəfiqləri müdafiə xərclərinə ÜDM-in ən azı 2%-i həcmində nail olmaq öhdəliyi götürüblər. Onlardan doqquzu bu hədəfə çatır və ya üstələyir. On doqquz müttəfiq 2024-cü ilə qədər buna nail olmaq üçün aydın planları bəyan edir.
Turan İSMAYIL