Ağ Ev Türkiyənin Avropa İttifaqına üzvlüyünü dəstəkləyir

 19:26 10.07.2023     644

ABŞ Türkiyənin Avropa İttifaqına (Aİ) üzv olmaq istəyini dəstəkləyir, lakin məsələni İsveçin Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO) üzvlüyü prosesindən ayırır.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü jurnalistlərə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Stokholmun NATO-ya üzvlük müraciətinin təsdiqlənməsi perspektivini Ankaranın Avropa İttifaqına gedən yolda qarşısındakı maneələrin aradan qaldırılması ilə əlaqələndirən bəyanatlarını şərh edərkən bildirib.

"Birləşmiş Ştatlar Türkiyənin Aİ-yə üzvlük istəklərini həmişə dəstəkləyib və dəstəkləməkdə davam edir. Türkiyənin üzvlük iddiası və prosesi Aİ və Türkiyə arasında bir məsələdir. Bizim diqqətimiz NATO-ya üzv olmağa hazır olan İsveçə yönəlib" - sözçü deyib.

Turan İSMAYIL