Rusiyada səfərbərlik işləri üzrə idarə rəisinin müavini öldürüldü
Rusiyanın Krasnodar şəhərində səfərbərlik işləri üzrə rəis müavini Stanislav Rjitski öldürülüb.
Redaktor.az bu barədə “İzvestiya”ya istinadla xəbər verir.
Məlumata görə, Rjitski 2020-ci ildə ordunu tərk edib, bundan sonra yerli administrasiyada səfərbərlik şöbəsində işləyib.
Faktla bağlı adam öldürmə maddəsilə (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 1-ci hissəsi) cinayət işi başlanıb. Təfərrüatlar dəqiqləşdirilir.
Həmidə İBRAHİMLİ