ABŞ-dan kaset bombalarla bağlı yeni açıqlama

 23:16 10.07.2023     310

ABŞ hakimiyyəti Ukraynaya kaset bombalarının göndərilməsinin Kiyevin digər dövlətlərin dəstəyinə təsir etməyəcəyini gözləyir.

Redaktor.az "izvestiya"ya istinadla xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller məlumat verib.

“Biz inanmırıq ki, bu məsələ bizim müttəfiqlərimiz və tərəfdaşlarımızla birliyin parçalanmasına səbəb ola bilər. Biz həmçinin hesab edirik ki, bu qərar müxtəlif ölkələrin Ukraynaya gələcək dəstəyinə təsir etmək iqtidarında deyil”, - o, brifinq zamanı bildirib.

Miller vurğulayıb ki, Kiyev hərbi əməliyyatlar başa çatdıqdan sonra partlamamış kasetli sursatları təmizləmək üçün ABŞ qarşısında öhdəlik götürüb.

Xatırladaq ki, iyulun 7-də Vaşinqton Ukrayna Silahlı Qüvvələrinə kaset sursatlarının göndərilməsini təsdiqləyib.

Həmidə İBRAHİMLİ